Əmək Məcəlləsinin 169 maddəsinə dəyişiklik layihəsi hazırlandı

26 Yanvar 2022 17:33 (UTC+04:00)

Azərbaycanda Əmək Məcəlləsinin 169 maddəsinə dəyişiklik layihəsi hazırlanıb.

Teleqraf.com-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır: “Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür".