Ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir

26 Yanvar 2022 17:35 (UTC+04:00)

"Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi tezliklə Əmək Məcəlləsində öz əksini tapacaq".

Teleqraf.com-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O, qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.