“Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub - Səfər Mehdiyev

26 Yanvar 2022 19:25 (UTC+04:00)

Sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə “Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində yazıb.

"Bu həllərin tətbiqi ilə biometrik kameralardan istifadə edərək sərnişinlər seçmə üsulla gömrük yoxlanışına cəlb olunacaq".