Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə etdi

26 Yanvar 2022 22:12 (UTC+04:00)

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Teleqraf.com-un məlumatına görə, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.