Gəncədə təcili tibbi yardım maşını qəza törətdi

27 Yanvar 2022 10:52 (UTC+04:00)

Gəncə şəhərində təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Teleqraf.com-un məlumatına görə, "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilk olaraq "KİA Sorento" markalı minik maşını ilə toqquşub, ardından yol kənarındakı işıq dirəyinə çırpılıb.

Xoşbəxtlikdən qəzada xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.