Azərbaycan səfiri Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü - Foto

27 Yanvar 2022 11:07 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq, həmçinin təcrübə paylaşımı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.