Roza Zərgərliyə vəzifə verildi - Video

27 Yanvar 2022 20:56 (UTC+04:00)

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayan "Kanal S"də vəzifə verilib.

Teleqraf.com-un xəbərinə görə, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək.

Kanal gələn ay yayıma başlayacaq.

Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub. Hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir.