Bölgədə qanlı toqquşma: Haftar-İŞİD savaşı başladı

27 Yanvar 2022 22:13 (UTC+04:00)

Liviyanın cənubundakı Katrun şəhərində ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftara bağlı qruplaşmalarla İŞİD yaraqlıları arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Haftarın mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, İŞİD-lə qarşıdurma Katrun şəhərinin cənubundakı Cəbəl Asida bölgəsində baş verib. Qarşıdurmada iki İŞİD üzvü öldürülüb, ikisi yaralanıb.

Toqquşmaların davam etdiyi və onlara bağlı silahlılarla qarşıdurmaya girən İŞİD qruplaşmasına Mutəz əl-Əhmədinin komandanlıq etdiyi deyilib.

Liviyanın legitim hökuməti hələlik toqquşmalarla bağlı açıqlama verməyib.

Haftar silahlılarının nəzarətində olan bölgədə iki tərəf arasında fasilələrlə silahlı toqquşmalar baş verir.