Xoşqədəm "Səni axtarıram"ı Doğuşla aparacaq- Özü açıqladı

27 Yanvar 2022 18:25 (UTC+04:00)

Aparıcı Xoşqədəm Hidayətqızı ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişini həyat yoldaşı, müğənni Doğuş ilə aparacaq.

Teleqraf.com-un xəbərinə görə, Xoşqədəm Hidayətqızı bu haqda aparıcılıq etdiyi verilişdə məlumat verib: "Gələn həftədən, bu həftənin beşinci günü də ola bilər, "Səni axtarıram" verilişini Doğuş bəylə birlikdə aparacam. Bilirsiniz ki, o, çətin bir həyat yaşamış insandır. Bu cür insanların dərdini məndən gözəl başa düşür. Bunun üçün də proqrama tam uyğundur".