ABŞ və Ukrayna prezidentləri arasında vacib müzakirə

27 Yanvar 2022 23:13 (UTC+04:00)

Bu gün ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodımır Zelenski arasında telefon danışığı olacaq.

Teleqraf.com xəbər verir ki, söhbət zamanı Ukraynanın Rusiya ilə sərhədlərindəki təhlükəsizliklə bağlı vəziyyətə, habelə “Normand dördlüyü” liderlərinin müşavirlərinin dünənki görüşünə xüsusi diqqət yetiriləcək.

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov iki ölkə liderinin təhlükəsizlik, enerji, müdafiə sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacağını deyib.