Ruslar kütləvi dron istehsalına başlayır

28 Yanvar 2022 11:27 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi müasir hərbi müharibələrdə Pilotsuz Uçuş Aparatlarının (PUA) xüsusi əhəmiyyətini dərk edərək bu silahların kütləvi istehsalına başlayır.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu PUA-lar üzrə ixtisaslaşan Rusiyanın ilk zavodunda olub.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, nazir Şoyqu PUA-lar istehsal edən zavodla tanış olub, oradakı istehsalı yoxlayıb.

Qeyd olunur ki, sözügedən zavod Moskva yaxınlığındakı Dubna şəhərində “Kronştadt” şirkətinə məxsusdur.

Burada nazir Şoyquya “Orion” kəşfiyyat və zərbə dronunun ilk uçuş modelini təqdim ediblər. Nazir həmçinin “Sirius” dronu, “Helios-RLD” radar patrul dronu və “Qrom” yüksək sürətli zərbə dronları haqda məlumat dinləyib.