"Regionda yolların açılması ilə bağlı işlər gedir" - Paşinyanın müavini

28 Yanvar 2022 12:24 (UTC+04:00)

“Hazırda dəmir yolu ilə bağlı ən yüksək səviyyədə qarşılıqlı anlaşma var və bu, bəyanatlarla təsdiqlənir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan regionda yolların açılması mövzusu haqda danışarkən deyib.

Baş nazirin müavini düşünür ki, bu müsbət irəliləyişdir:

“Hazırda daha çox ekspert işi aparılır. Bu mərhələdə işçi qrupu konkret məqsədlə çox dəqiq iş aparır. Bu, Ermənistan Respublikasına məxsus ərazilərdə dəmir yolunun çəkilməsidir”.