"Sayğacın oğurlanması digər istehlakçının..." - "Azəriqaz" rəsmisi

28 Yanvar 2022 12:30 (UTC+04:00)

"Sayğacın oğurlanması digər istehlakçının haqqına, hüququna girmək deməkdir. Təhcizatda hər hansı bir problemin yaranması deməkdir".

Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, oğurluq özgə əmlakının qanunsuz mənimsənilməsidir:

"Oğurluğun hər bir forması qəbuledilməzdi, sayğaclarda da həmçinin. Dövlət müəssisəsi olan "Azəriqaz" İstehsalat Birliyin təhciz etdiyi sayğacların bir dəyəri var. Az dəyərli olması yungülləşdirici hal hesab edilmir. Hər hansı qanunsuz bir hərəkətə bəraət qazandırılması cəhdi kimi qiymətləndirilir. Bizim təəssübkeşliyimiz digərlərini belə sövdələşməyə vadar edir. Bizim maddi durumu aşağı olan bir çox abonentimiz var, amma bu hərəkətlərə yol verilmir. İstehlakçılara əsas mesajımız ondan ibarətdir ki, qaz sayğacının mənimsənilməsi yolverilməzdir".