"Rusiyaya hücum edilərsə, Belarus..." – Lukaşenko açıqladı

28 Yanvar 2022 14:02 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko müharibənin hansı hallarda mümkün olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Belarus xalqına və Milli Məclisə müraciətində danışıb.

“Bəli, müharibə olacaq. Ancaq yalnız iki halda”, – deyə A.Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, birincisi, əgər Belarusa birbaşa təcavüz edilərsə, ikincisi, onun müttəfiqi olan Rusiyaya hücum edilərsə, müharibə mümkündür: "Bu zaman Belarus da müttəfiqlik sazişləri çərçivəsində müharibəyə qoşulacaq".

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya müharibə istəmir, lakin onun təhlükəsizlik maraqlarının diqqətdən kənarda qalmasına imkan verməyəcək.

Yanvarın 21-də Lukaşenka gözlənilməzlik və rəhbərliyin qeyri-adekvatlılığı halında Ukrayna ilə sərhədi qorumağa çağırıb.