Nanə ATV-dən gedir? - "Bu şəxslə arasında..."

28 Yanvar 2022 13:24 (UTC+04:00)

Aparıcı Nanə Ağamalıyevanın Azad Azərbaycan Televiziyasında fəaliyyətinə son qoyduğu iddia olunur.

Azad Azərbaycan “Media və ictimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında yayılan xəbərlərin əssassız olduğunu deyib: “Elə bir məlumat yoxdur”.

Nanənin işdən ayrılmasına səbəb göstərilən stilist Anar Ağakişiyev isə bildirib ki, aparıcı ilə münasibəti yaxşıdır: “Nanə xanımla çox yaxın dostuq və münasibətimiz 20 ilə dayanır. Heç nədən xəbərim yoxdur”.

Stilist “Hazırda Nanə Ağamalıyeva ilə münasibətinizdə hər hansı problem yaşanırmı? sualına isə “Xeyr, dəfələrlə demişəm ki, şou-biznesdə olan dörd-beş nəfər ən yaxın dostum varsa, onlardan biri də Nanə Ağamalıyevadır”,- deyə cavab verib.

Məsələ ilə bağlı aparıcı Nanə Ağamalıyeva ilə əlaqə saxlamağa çalışsaq da mümkün olmayıb. Aparıcı telefonunu söndürüb.

Qeyd edək ki, bu haqda ilk xəbəri Olay.az saytı yayıb.