Zelenski Rusiyaya dəvət olundu

28 Yanvar 2022 14:37 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski istəsə Moskvaya, Soçiyə və ya Sankt-Peterbuqa gələ bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

"Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq", - Lavrov bildirib.