NATO ölkələrinin müdafiə nazirləri toplaşır

28 Yanvar 2022 16:35 (UTC+04:00)

NATO-ya üzv ölkələrin müdafiə nazirliklərinin rəhbərləri fevralın 16-17-də Brüsseldə görüş keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə alyansın bəyanatında deyilir.

“Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası 16 fevral 2022-ci il çərşənbə və 17 fevral cümə axşamı günü NATO-nun mənzil-qərargahında keçiriləcək”, – NATO-nun rəsmi saytında deyilir.

İclas NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə üzbəüz keçiriləcək.