“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Astarada qurulacaq

28 Yanvar 2022 17:26 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Teleqraf.com xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Astara rayonu, Səlivə kəndində təşkil olunacaq.

Yanvarın 31-də saat 13:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.