Savaş hazırlığı - ABŞ Ukraynaya 45 silah yüklü təyyarə göndərdi

28 Yanvar 2022 21:57 (UTC+04:00)

ABŞ-dan Ukraynaya Amerika istehsalı silahlar daşıyan 45 təyyarə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-dan 200 milyon dollar məbləğində əlavə maddi-texniki yardımın tədarükü 45 təyyarə ilə həyata keçirilib”, - nazirlikdən bildirilib.

Məlumata görə, hərbi yardıma müdafiə vasitələri daxildir: döyüş sursatı, hücum sistemlərinə qarşı silahlar, tank əleyhinə sistemlər və atıcı silahlar.

MN Polşa və Baltikyanı ölkələrin də 2022-ci ildə Ukraynaya maddi-texniki yardım göstərmək barədə qərar qəbul etdiklərini xatırladıb.