Füzulidə traktor minaya düşdü

28 Yanvar 2022 17:58 (UTC+04:00)

Füzuli rayonunda traktor minaya düşüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.