Pentaqon: “ABŞ Ukraynaya qoşun göndərməyəcək”

29 Yanvar 2022 00:26 (UTC+04:00)

“ABŞ hərbçiləri Ukraynada hər hansı hərbi əməliyyatda iştirak etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Prezident Co Bayden aydın şəkildə deyib ki, hərbi əməliyyat məqsədi ilə Ukraynaya ordu göndərməyəcək”, deyə Ostin vurğulayıb.

Pentaqon rəhbəri Avropaya əlavə qüvvələr göndərilməsi barədə suala da münasibət bildirib: “düzünə qalsa, heç bir qoşun göndərməyəcəyik”.

Mətbuat konfransında iştirak edən Qərargah Rəisləri Komitəsinin sədri də Ostinin sözlərini təsdiqləyib.