Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

29 Yanvar 2022 08:05 (UTC+04:00)

Britaniya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

“Xarici İşlər Nazirliyinin bazar ertəsi parlamentdə Böyük Britaniyanın Rusiyanın strateji və maliyyə maraqlarını hədəfə alması üçün sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcəyi gözlənilir”, - mənbə bildirib.

Söhbət yeni sanksiyaların tətbiqindən, yoxsa yalnız Ukrayna ərazisinə mümkün müdaxilə halında tətbiq oluna biləcək sanksiyalar paketinin qəbulundan getdiyini dəqiqləşdirməyib.

Bildirilib ki, Birləşmiş Krallıq Rusiyaya daha çox təzyiq göstərmək məqsədilə bazar ertəsi Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında müzakirələrə qoşulacaq.

Xatırladaq ki, daha öncə Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutacağı ilə bağlı məlumat yayılmışdı.