Arxangelskdə dəhşət: Dördü uşaq olmaqla beş nəfər yanaraq öldü

29 Yanvar 2022 10:32 (UTC+04:00)

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Arxangelsk vilayətində yanğını söndürərkən dördü uşaq olmaqla beş nəfərin meyitini aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən bildiriblər.

“Vilayət yanğınsöndürmə briqadası gələndə ikinci mərtəbədəki mənzildə yanğın olub. 5 kvadrat metr sahədə yanğın söndürülüb. Dördü uşaq olmaqla beş nəfərin meyiti tapılıb”, - deyə məlumatda qeyd olunub.