UEFA "Qarabağ"in rəqibini cərimələdi

29 Yanvar 2022 10:43 (UTC+04:00)

UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"i cərimələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna səbəb komandanın azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Lokomotiv"lə görüşdəki (1:0) hərəkətləri olub. Klub fanatları oyunda priotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən də "Marsel" səbəbindən 17 500 avro məbləğində cərimə olunub.

Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.