Bərdədə avtomobil aşdı – Ölən var

29 Yanvar 2022 12:49 (UTC+04:00)

Bərdə rayonunun Əyricə kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini F.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, Şəki rayon sakini Natiq Cəlilov hadisə yerində ölüb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.