Rusiyalı hərbçilər Qarabağda erməni uşaqlara dərs keçir - Foto

29 Yanvar 2022 13:33 (UTC+04:00)

Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı kontingentinin hərbi qulluqçuları Ağdərə rayonunda orta məktəbin şagirdləri ilə “Sülh dərsi” keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Rusiyalı hərbçilər erməni uşaqlarına “Sülhməramlılar” mövzusunda interaktiv dərs keçirib. Birinci dərs “Sülhməramlılar, onlar kimlərdir?”, ikinci dərs mina təhlükəsi şəraitində davranış qaydaları, üçüncü dərs ilkin tibbi yardım haqqında olub”, - məlumatda qeyd edilib.

Rusiya sülhməramlıları yanvar ayı ərzində Qarabağda erməni şagirdlər üçün 10 dəfədən çox “Sülh dərsləri” keçiblər. Bu tədbirlərdə ümumilikdə 1000-ə yaxın erməni məktəbli iştirak edib.