Samuxda fermada çoban bıçaqlandı

29 Yanvar 2022 14:35 (UTC+04:00)

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində yerləşən fermada olub.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 1987-ci il təvəllüdlü Elçin Süleymanovla mübahisə edib.

Mübahisə zamanı Elnur Elçinin qarın nahiyyəsindən bir dəfə bıçaq zərbəsi vurub.

Daha sonra yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Elçinin vəziyyətinin orta-ağır olduğu deyilir.

Faktla bağlı cinayət işi başlanıb.