FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi - Foto

29 Yanvar 2022 14:22 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğın baş vermiş binada yanğınla mübarizə tədbirləri, o cümlədən “zərərçəkmişlərin təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi” üzrə əməliyyatlar, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.