Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı – DİN

29 Yanvar 2022 16:42 (UTC+04:00)

Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən nazirlik məlumatlıdır və araşdırmalara başlanılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfər şəxsin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etdiyi barədə görüntülər yayılıb.