"Namiqə dedim ki, fikirləş..." - Aygün Kazımovadan etiraf

31 Yanvar 2022 12:05 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova Xəzər televiziyasında küsülü olduğu həmkarlarından danışıb.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova bu sözləri deyib: "Özünü mənimlə küsülü sayan müğənni də gördük. Birinci salam verdim, qarşımdakı şok oldu, "Salam, salam..."- deyə cavab verdi. Sonra fikirləşirəm ki, o niyə belə reaksiya verdi? Xatırlayıram ki, biz guya küsülü idik. Küsülü deyəndə mən ondan incimişdim. Yaşca kiçik sənətçi idi".

Xalq artisti həmkarı Brilliant Dadaşova ilə münasibətindən də danışıb: "Mən küsülü deyiləm, qarşı tərəfin hisslərinə də hörmətlə yanaşıram. O belə hisslərlə, mən isə sevgi hissi ilə yanaşıram. Tamaşaçıya Brilliant Dadaşova ilə duet oxusam daha maraqlı gələr. Mən demirəm ki, duet oxumaq istəyirəm, deyirəm ki, duet tamaşaçıya daha maraqlı gələr".

İfaçı duet ortağı Namiq Qaraçuxurluya təkrar duet oxumaq təklifi də edib: "Zarafatla hər dəfə deyirəm ki, Namiqi meyxanaçı mən etmişəm. Namiqə təklif edirəm ki, çaşmasın. Bu təklifdən sonra da etiraf edirəm ki, Namiq, yenə də səninlə duet oxuyardım. Fikirləş və cavab ver".