“Putin NATO-nu dağıtmaq istəyir” - Baş nazir açıqladı

11 Fevral 2022 11:12 (UTC+04:00)

“Rusiya Prezidenti Vladimir Putin NATO-nu dağıtmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Baş naziri Mateusz Moravieki deyib.

O əlavə edib ki, NATO müttəfiqləri nə dərəcədə birlikdə olduğunu nümayiş etdirməlidir:

“Polşa Rusiya ilə münasibətlərdə körpü qurmaq istəyir. Yalnız barış belə münasibətlərin təməli ola bilər. Biz sülh üçün çalışacağıq”.

Baş nazir həmçinin deyib ki, rəsmi Berlin “Şimal axını 2” qaz kəməri ilə bağlı Rusiyanın şantajının qarşısını almalıdır:

“Şimal axını 2 ilə bağlı alman müttəfiqlərimizə müraciət etmək istərdim. Mümkün qədər tez bir şəkildə boru kəmərindən şantaj üçün istifadə edilə bilməyəcəyini elan etməlisiniz”.