Şəmkirdə toyda korona xəstəsi saxlanıldı

12 Fevral 2022 19:03 (UTC+04:00)

Şəmkirdə toy mərasimində iştirak edən koronavirus xəstəsi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Rəvan Musazadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi və “Sakit palace” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etməsi aşkar edilib.

Müəyyən edilən tibbi prosedurlar gözlənilməklə həmin şəxslə profilaktiki söhbət aparılaraq yaşadığı evə göndərilib.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırmalar davam etdirilir.