Bəşər Əsəd qüvvələri İdlibə hücum etdi

16 Fevral 2022 16:04 (UTC+04:00)

Bəşər Əsəd rejimi qüvvələrinin İdlibdə həyata keçirdiyi bombalı hücum nəticəsində yanacaqdoldurma məntəqəsi yanıb, 2 mülki vətəndaş həyatını itirib, 4 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Suriyada mülki insanlara qarşı Bəşər Əsədə bağlı qüvvələrin hücumu davam edir.

Suriyanın İdlib şəhərinin şimalında yerləşən Termanin qəsəbəsinə Əsəd qüvvələrinin bombalı hücumu nəticəsində 2 mülki vətəndaş həyatını itirib, 4 nəfər yaralanıb.

Səlahiyyətlilər Əsəd qüvvələrinin hücumu nəticəsində Termanin qəsəbəsinə 8 top mərmisinin düşdüyünü, hücum nəticəsində qəsəbədə bir yanacaqdoldurma məntəqəsinin yanan olduğunu bildirib.

Suriya Mülki Müdafiə qrupları yaralıları xəstəxanaya çatdırarkən yanacaqdoldurma məntəqəsindəki yanğını nəzarət altına almaq üçün çalışdıqlarını açıqlayıblar.