Ana və övladlarını öldürən müəllimin fotosu yayıldı

21 Fevral 2022 15:48 (UTC+04:00)

Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirən şəxsin fotosu yayılıb.

Teleqraf.com-un xəbərinə görə, qətl hadisəsi fevralın 20-də baş verib.

1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Qətli törədən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbdə dərs deyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının əridir. O, hadisəni tamah məqsədi ilə törədib.