Qadın məhkumlar üçün yeni müəssisə istifadəyə verilir

14 Mart 2022 12:34 (UTC+04:00)

Azərbaycanda qadın məhkumlar və yetkinlik yaşına çatmayanlar üçün yeni cəzaçəkmə müəssisələri istifadəyə verilir.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, cəzaçəkmə müəssisələri martın 16-da istifadəyə veriləcək.

Həmin gün Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinə mediatur təşkil edəcək.