Ağır itki verən Rusiya bu yola əl atdı – Sui-qəsd dəstəsi Ukraynada

29 Mart 2022 10:15 (UTC+04:00)

Rusiya hakimiyyəti “Vaqner”in mindən çox muzdlusunu Ukraynadakı hərbi əməliyyatlara cəlb etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə kəşfiyyatı məlumat yayıb.

“Döyüşlərə 1000-dən çox muzdlu, o cümlədən yüksək rütbəli zabitlər cəlb olunacaq. Çox güman ki, Afrika və Suriyadan olan yaraqlılar da onların arasında yer alacaq”, - məlumatda deyilib.

Kəşfiyyatın məlumatına görə, artıq “vaqnerçilər” Ukraynanın şərqində yerləşdirilib. Bu qərar rus qoşunlarının işğal zamanı verdiyi ağır itkilərlə bağlıdır.

Martın 26-da Ukrayna müdafiə nazirinin müşaviri Markiyan Lubkivski CNN-ə bildirib ki, “Vaqner” Prezident Vladimir Zelenski və Baş nazir Denis Şmıqala qarşı sui-qəsd hazırlayır.