Cəlilabadda həmkəndlisini öldürmək istəyən şəxsin işi – Məhkəmədə

29 Mart 2022 11:14 (UTC+04:00)

2021-ci il noyabrın 18-də Cəlilabad rayonu Sabirabad sakini Samir Nuriyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Prokurorluğundan bildirilib.

Aparılmış istintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qonşusu alkoqol sərxoşluğu halında olan Yaşar Əmənov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Samir Nuriyevə xüsusi amansızlıqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

Yaşar Əmənova Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4 (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.