Naxçıvandakı qəza - 3 ölü, 1 yaralı/Yeniləndi

31 Mart 2022 14:58 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Bu barədə Teleqraf.com-a Babək Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Yaralı 1996-cı il təvəllüdlü Alı Əliyev ilkin tibbi yardımdan sonra Naxçıvan Şəhər Mərkəzi xəstaxanasına aparılıb.

***

14:46

Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində 10 nəfər dağıntılar altında qalıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, dağıntılar altında qalanlar tikintidə çalışanlardır.

Hazırda ölən və yaralanların sayı haqqında heç bir məlumat yoxdur.

Hadisəyə səbəb kimi məktəbin köhnə və yararsız olması göstərilir.