Bu gündən Ermənistanda qazın qiyməti bahalaşır

1 Aprel 2022 11:17 (UTC+04:00)

Bu gündən Ermənistanda mavi yanacağın yeni tarifləri qüvvəyə minir.

Teleqraf.com xəbər verir ki, adi istehlakçılar üçün qiymət 4,7 dram artaraq 1 kubmetr üçün 143,7 dram təşkil edəcək.

Eyni zamanda, sosial təminatsız sosial müavinət alan ailələr üçün qazın tarifi dəyişməz qalacaq - hər kubmetr üçün 100 dram.

Aprelin 1-dən ayda 10 min kubmetrdən çox qaz istehlak edən müəssisələr üçün təbii qazın qiyməti 3,9 faiz, istixana təsərrüfatları üzrə isə 4,5 faiz artacaq.