Suraxanıda qəza - Ölən var

1 Aprel 2022 13:21 (UTC+04:00)

Suraxanı rayonunun Hövsan qəsəbəsində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, qəsəbə sakini A.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.