Partlayışda yaralananların ikisi xəstəxanadan evə buraxıldı

3 Aprel 2022 10:24 (UTC+04:00)

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alan iki nəfər ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılıb.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Xatırladaq ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.