Pakistanın yeni Baş naziri seçildi

11 Aprel 2022 16:26 (UTC+04:00)

Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Şahbaz Şərif sabiq baş nazir Nəvaz Şərifin qardaşıdır.

O, bu vəzifədə İmran Xanı əvəzləyib.