Türkiyə hərbçilərinə hücum edən terrorçular zərərsizləşdirildi

17 Aprel 2022 13:57 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgədə 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrorçuların bölgədə əməliyyat keçirən birləşmələrə hücum etdikləri bildirilir.

Antiterror əməliyyatları davam edir.