Brilliant Dadaşova da söz atdı: “Hədiyyə paylanmayacaq...”

19 Aprel 2022 12:00 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova bloger Hüseyn Həsənovun Bakıda pərəstişkarları ilə görüşünə replika verib.

Teleqraf.com-un xəbərinə görə, Brilliant Dadaşova İnstaqramda hekayə bölümündə yazıb: “Fikirləşirəm ki, necə edim, bu brilliant daşı cilalayıb parıldadım. Konsertimizdə heç bir hədiyyə paylanmayacaq. Hədiyyəmiz yalnız musiqidir”.

Qeyd edək ki, Brilliant Dadaşova Heydər Əliyev Sarayında iyunun 1-də konsert proqramı ilə çıxış edəcək.