Türkiyə Rusiya təyyarələrini dayandırdı

23 Aprel 2022 20:41 (UTC+04:00)

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına gedərkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

"Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağladıq. 3 aydır ki, buna icazə verirdik. İcazələri aprelə qədər idi”, - o qeyd edib.

Rusiyalı iş adamlarının Türkiyəyə gəlməsi ilə bağlı sualı cavablandıran Çavuşoğlu bildirib ki, Türkiyədə iş görmək istəyən şirkət qanunlara tabe olmalıdır: “Biz sanksiyalara qatılmayan bir ölkəyik, əgər şirkət iş görmək istəyirsə, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına əməl etməlidir”