Azərbaycan kommunistləri aksiyaya hazırlaşır

27 Aprel 2022 16:58 (UTC+04:00)

Kommunistlər mayın 1-ni qeyd edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Feysbukda Azərbaycan Kommunistləri səhifəsi məlumat yayıb:

“Yoldaşlar, hamınızı 1 may tarixində Azad Fəhlə heykəlinin qarşısında aksiyada gözləyirik. Gəlin kapitalist Qərbə və onun kölə etdiyi ağıllara, bizi istismar edənlərə qarşı həmrəy olaq. Əzilən siniflərin və işçilərin gücünü hər kəsə göstərək”.

Xatırladaq ki, Azərbaycanda bir neçə kommunist partiyası var, lakin onlar bir-biri ilə təfriqə içindədir və dərnək səviyyəsində fəaliyyət göstərirlər.