Vətəndaşlarırmız hansı ölkələrdə insan alverinə məruz qalıb?

28 Aprel 2022 16:49 (UTC+04:00)

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.

Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb.

Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.