Azərbaycan millisinin qapıçısı zədələndi

4 May 2022 20:19 (UTC+04:00)

"Zirə" klubunun qapıçısı Mehdi Cənnətov zədələnib.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı qolkiper "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyununda xəsarət alıb.

Cənnətov rəqibin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı sıradan çıxıb. Azərbaycan millisinin üzvü matça davam edə bilmədiyi üçün ikinci hissədə Anar Nəzirovla əvəzlənib.

Qeyd edək ki, oyun Qəbələnin 3:0 qələbəsi ilə başa çatıb.