Sumqayıtda zavodda faciə - Ölən var

5 May 2022 09:55 (UTC+04:00)

Mayın 4-də, saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.