Bakıda silahlı şəxs həbs edildi

5 May 2022 12:32 (UTC+04:00)

Bakının Xətai rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan İsmayıllı rayon sakini Elvin Şiralıyev həbs edilib.

Ondan “Revolver” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.